Tıva rəhbərinin müşaviri Ukraynada öldübackend

Tıva rəhbərinin müşaviri Ukraynada öldü

Tıva Respublikası (Rusiya) rəhbərinin müşaviri Nikolay Xvan Ukraynanın Zaporojye vilayətinin işğal olunmuş hissəsində dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, qəza martın 23-də axşam saatlarında işğal altında olan Novovasilyevka kəndi yaxınlığında baş verib. Hvanq “Kia Sportage” markalı avtomobili idarə edərkən qarşıdan gələn zolağa çıxıb və “Ural”a çırpılıb. Maşını idarə edirən hərbçi xəsarət almayıb. Nikolay Xvan hadisə yerində ölüb.

Nikolay Xvan Novosibirsk vilayətinin Qanunvericilik Məclisinin keçmiş deputatıdır. 2010-cu ilə qədər o, Novosibirskdə yeraltı nəqliyyat qurğularının tikintisi üzrə sifarişçi şöbəsinin direktoru vəzifəsində çalışıb.  O, Tuva Respublikası rəhbərinin müşaviri vəzifəsində çalışıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*