Tixanovskaya 3 müxalifətçinin itkin düşməsinə münasibət bildirdi: “Bu, bizi qorxutmaq cəhdidir”backend

Tixanovskaya 3 müxalifətçinin itkin düşməsinə münasibət bildirdi: “Bu, bizi qorxutmaq cəhdidir”

Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya hakimiyyətin müxalifətin Koordinasiya Şurasının üç nümayəndəsinin itkin düşməsində iştirak etdiyini düşünür.

KONKRET.az xəbər verir ki, onun fikrincə, rəsmi Minsk müxalifətçilərin tutulmasını təsdiqləmirlər. Özləri o şəxslərin yoxa çıxması barədə məlumatları dəqiqləşdirəcəklərini bildirirlər.

Bazar ertəsi günü müxalifət şurasının mətbuat xidməti üç şura nümayəndəsi ilə əlaqə qurulmadığını, vəkillərin onları axtardığını deyib.

Bu, Şuranın rəyasət heyətinin üzvü Mariya Kolesnikova, icra katibi İvan Kravtsov və mətbuat katibi Anton Rodnenkovdur.

Bundan əvvəl bəzi Belarus mətbuatı Kolesnikovanın Minsk mərkəzində naməlum şəxslər tərəfindən qaçırıldığı iddia edilib.

Minsk polisi, Belarus Daxili İşlər Nazirliyi və Dövlət Nəzarət Komitəsindən “RİA Novosti”yə Koordinasiya Şurası nümayəndələrinin saxlanılması barədə məlumatlarının olmadığını söyləyiblər. Respublikanın DTK mətbuat xidməti şərh almaq üçün əlçatan deyil.

“Mariya Kolesnikova, Anton Rodnenkov və İvan Kravtsovun qaçırılması Koordinasiya Şurasının işini pozmaq və üzvlərini qorxutmaq cəhdidir. Səlahiyyətlilər düşünürlər ki, bununla bizi dayandıracaqlar, ancaq səhv edirlər. Nə qədər qorxutsalar, insanlar o qədər çox küçəyə çıxacaqlar” deyə Tixanovskaya “Telegram”da yayımladığı açıqlamada bildirib.

Tixanovskayanın da qeyd etdiyi kimi, Belarus müxalifəti mübarizəyə davam edəcək, “bütün məhbusların azadlığa buraxılması və yeni ədalətli seçkilərin keçirilməsinə” çalışacaq.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*