Tixanovskaya Putinə müraciət etdi: “Diktatorla dialoq aparmaq qərarına gəldiyiniz üçün…”backend

Tixanovskaya Putinə müraciət etdi: “Diktatorla dialoq aparmaq qərarına gəldiyiniz üçün...”

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya respublika başçısı Aleksandr Lukaşenko ilə görüşməsi ilə əlaqədar Rusiya lideri Vladimir Putinə müraciət edib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novisti agentliyi yayıb.

Tixanovskaya, səfər zamanı verilən qərarların “qanuni qüvvəyə malik olmayacağını” və Lukaşenkonun imzaladığı bütün razılaşmaların “yeni hökumət tərəfindən nəzərdən keçiriləcəyini” söyləyib.

Onun sözlərinə görə, respublika vətəndaşlarının seçkiyə olan inamı itib, həmçinin Lukaşenkoya dəstəkdən imtina ediblər.

“Pul Pervoy” Telegram kanalında yayımlanan mesajda “Belarus xalqı ilə deyil, diktatorla dialoq aparmaq qərarına gəldiyiniz üçün çox təəssüflənirəm” deyilib.

Bu gün Soçidə Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Danışıqlar təkbətək formatda keçiriləcək.

Bu səfər Lukaşenkonun seçkiləri qazandıqdan sonra xaricə ilk səfəri olacaq.

Səsvermə 9 avqustda başa çatıb. MSK-nın hesablamalarına görə Lukaşenko səslərin 80,1 faizini qazanıb. Müxalifət bu nəticələrlə razılaşmır.

Seçkilərdən sonra respublikanın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir. Əvvəlcə təhlükəsizlik qüvvələri etirazçılara qarşı gözyaşardıcı qaz, su şırnaqları, səsboğucu bomba və rezin güllələrdən istifadə edərək onları dağıdıb. Sonra güc tətbiqindən imtina edilib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*