Tixanovskaya rusiyalılara yeni bir müraciət ünvanladı: “Belarus xalqını dəstəkləyin!”backend

Tixanovskaya rusiyalılara yeni bir müraciət ünvanladı: “Belarus xalqını dəstəkləyin!”

Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya rusiyalılara öz mətbuat xidmətinin Telegram kanalında yayımlanan yeni bir müraciət yazıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumat Rusiya mediasında yer alıb.

“Biz belaruslar Belarus xalqının azadlıq uğrunda mübarizəsini dəstəkləyən ruslara çox minnətdarıq. Həmrəylik hərəkətlərinizi və jestlərinizi unutmayacağıq. Bunun üçün təşəkkür edirəm! Rusiyanın müstəqil jurnalist və bloqqerlərinə ölkəmizdə baş verənlərə diqqət etdiyinizə, adi belaruslarla danışmaq və fikirlərini yaymaq istəklərinizə görə ayrıca təşəkkür edirəm. Bu, həqiqətən Rusiya və Belarus təbliğatının təsirini azaltmağa kömək edir, xalqımızın bir-birinə qarşı çevrilməsinin qarşısını alır.

Təbliğatın dost xalqlar arasındakı münasibətləri zəhərləməsinə, siyasətçilərin düşünülməmiş qərarlarının həm Belarusun, həm də Rusiyanın mənafeyinə xələl gətirməklərinə icazə verməyək.  Belarus xalqına dəstək olun”. Svetlana Tixanovskaya müraciətində belə deyib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*