“Ukrayna yaxın günlərdə Donbasa böyük qüvvələrlə zərbələr endirə bilər”
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya parlament komitəsinin rəhbəri Tobias Ellvud Sky News telekanalına müsahibəsində deyib.
“Yaxın bir neçə gün ərzində biz Donbasın bu və ya digər hissəsində böyük hücumun olacağını gözləyirik”, – deyə Ellvud bildirib.
O qeyd edib ki, “Ukrayna Silahlı Qüvvələri Rusiyanın müdafiəsində zəif nöqtə axtarmaq üçün axtarış və formalaşdırma əməliyyatları aparır və Ukraynanın əsas qüvvələri hələ də ehtiyatdadır, lakin buna baxmayaraq, bu hücuma hazırdır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az