Tofiq Yaqublunun səhhəti necədir? – Professordan açıqlamabackend

Tofiq Yaqublunun səhhəti necədir? - Professordan açıqlama

Xəbər verdiyimiz kimi, müxalifətçi siyasətçi Tofiq Yaqublu 13 gündür ki, aclıq aksiyasını davam etdirir. Hazırda onun səhhəti necədir?

Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırmayıb:

“Vəziyyəti ağır olaraq qalır. Biz çalışırıq ki, o, aclıq aksiyası bitirsin, çünki belə davam edərsə, həyatı üçün təhlükə yarana bilər. O, hətta suyu da düz qəbul etmir. Bu da onun zəifləməsinə gətirib çıxarır. Hazırda bunun baş verməməsi üçün əlimizdən gələni edirik”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*