Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı İşçi qrupuna yeni rəhbər təyin edilib.
KONKRET.az xəbər verir ki, bunu Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədr müavini Toğrul Əliyevdir.
O, bu vəzifədə sədrin keçmiş müavini Rəşad Orucovu əvəz edib.
Kadr dəyişikliyi AMB-nin sədri Taleh Kazımovun məktubu əsasında həyata keçirilib./axaraz