Tokayev Putinin açıqlamasından niyə qorxuya düşüb: Qazaxıstanda Krım ssenarisi tətbiq ediləcək? – rusiyalı alimbackend

Tokayev Putinin açıqlamasından niyə qorxuya düşüb: Qazaxıstanda Krım ssenarisi tətbiq ediləcək? - rusiyalı alim

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxısatn prezidenti Qasım-Jomart Tokayev ölkədə rus dilinin nüfuzdan salınmasının pis nəticələrə səbəb ola biləcəyindən danışır, eyni zamanda millətçilərə Qazaxıstanda özlərini rahat hiss etməyə kömək edir.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, ölkə başçısı bunları cümə axşamı nəşr olunan “Ana dili” qəzetinə müsahibəsində bildirib.

Tokayevin fikrincə, dil probleminin düzgün həll edilməməsi dövlətçilik və ölkə vətəndaşlarının təhlükəsizliyi üçün düzəlməz nəticələrə gətirib çıxara bilər.

“Biz bunun Ukraynanın nümunəsi ilə şəxsən şahidi olduq. Dövlət dilinin statusunu artırmaq və tətbiq dairəsini zorla genişləndirmək məqsədi ilə həyata keçirilən tədbirlər nəticəsiz qalır, çünki bu, millətlərarası münasibətlərin pozulması deməkdir” deyib.

Tokayev Rusiya ilə dünyanın ən uzun quru sərhədinin geosiyasi amilini nəzərə almağı təklif edir.

“Coğrafiya da geosiyasətdə vacib bir amildir. Ancaq bu, işin (qazax dilini gücləndirmək) dondurulması anlamına gəlməməlidir və səs-küysüz davam etdirilməlidir” deyib.

Bu, pozuntu deyilmi?

Buna baxmayaraq, bu mövqedən çıxan nəticələr gözləmədiyimiz nəticələr verir. Qazaxıstan Prezidenti təklif edir ki, dövlət vəzifələrinə təyin edilərkən, peşəkar keyfiyyətləri ilə yanaşı, qazax dilini yaxşı bilənlərə üstünlük verilməlidir.

“Parlamentdə və ya mətbuat konfranslarında müzakirə və dialoqun dövlət dilində necə aparılacağını bilməyən məmurlar anaxronizm halına gəlməlidirlər” deyib.

Tokayev Rusiyanı inkar edənlərin tərəfindədir

MDB ölkələri İnstitutunun Orta Asiya və Qazaxıstan şöbəsinin müdiri, tarix elmləri namizədi Andrey Qrozin yazır ki, 2014-cü il hadisələrindən sonra “milli-vətənpərvər” adlandırılan qazax ziyalıları “ucadan” deyirlər ki, Krım ssenarisi Qazaxıstanda da tətbiq edilə bilər.

Ekspertin fikrincə, eyni zamanda Rusiya tərəfindən bu siyasi motivli ideologiyaya qarşı heç bir açıqlama verilməyib.

Üstəlik, Andrey Qrozin əlavə edib ki, Tokayev özü tamamilə qeyri-mütənasib sayda “oxşar personajları” İctimai Etibar Milli Şurasına (Qazaxıstan Respublikasının Prezidenti yanında məşvərət orqanı ) təqdim edib və öz veb saytında Rusiyanı, rusları, rus siyasətini, rus dünyasını inkar etməsi haqda fikirlər yayıb.

“O, ağrılı “1932-1933-cü illərin Qazax çöllərində aclıq mövzusu”ndan istifadə edərək qazax etnosunun əhəmiyyətli hissəsinə təsir göstərir” deyə ekspert qeyd edir.

Qazaxıstan Krım yox, Qırğızıstan ssenarisi ilə üz-üzədir

Onun sözlərinə görə, Qazaxıstanın müxalifətçi parlament partiyası “Ak Jol” deyir ki, “əli qana batan Stalin on milyonlarla qazaxı 1930-cu illərdə aclıqda necə öldürdüyü?” ideyası 2012-2014-cü illərdə Ukraynada tətbiq olunub.

“Bu millətçilik çiçək açır və elə hala gəlib ki, vaxtaşırı insan tələfatı ilə nəticələnir. Bu vaxta qədər müxtəlif obyektiv və subyektiv vəziyyətlər səbəbindən ruslar bu iğtişaşlardan yan keçib, ancaq digər millətlər xeyli əziyyət çəkib. Korday iğtişaşında 11 nəfər öldürülüb, onlardan 10-u dunqandır. Bir çox ev və əmlak yandırıldı və ötən həftə qazax və uyğur gəncləri arasında qırğın oldu.

Bütün bunlar hakimiyyət tərəfindən təxribatçıların hərəkətləri səbəbindən millətlərarası rəng əldə edən sırf məişət münaqişələri kimi elan olunur. Və bu, 2010-cu ilin yayında qonşu Qırğızıstanda olduğu kimi faciəli hadisələrə səbəb ola bilər (2010-cu il 10-15 iyun tarixində Oş şəhərində – Qırğız və Özbəklər arasında baş verən millətlərarası qarşıdurmalar) – Andrey Qrozin xəbərdar edib.

Qazax dili ruslar üçün qarşısıalınmaz bir filtrdir

Ekspertin fikrincə, qazax dili Rusiya hökumət qurumlarını süzgəcdən keçirən “filtr”dir və heç kim bu filtri ləğv etmir, “hal hazırda mövcud olduğu formada qazax dövlətçiliyi var.”

Formal olaraq, ruslar Qazaxıstandakı qazaxlarla eyni hüquqlu vətəndaşdır, Andrey Grozin davam edir, amma qanunlar olduğu kimi tətbiq edilmir. Məsələn, nazirlər arasında birinci müavinlər, nazir müavinləri, dövlət komitələrinin rəhbərləri, parlament üzvləri, akimlər ən yaxşı halda qeyri-etnik qazaxların 3-5 faizini təşkil edir.

“Tokayevin sözləri, ehtimal ki, Rusiya prezidentinin İttifaq respublikalarının dağılmış SSRİ-ni tərk edərkən götürdükləri ərazi “hədiyyələri“ barədə son açıqlamalarından qaynaqlanır.

İndi qazax ziyalılarının milli maraq dairəsi yenidən Krım ssenarisinin Qazaxıstana tətbiqi haqqında danışmağa başlayacaq. Onlar Putinin demədiyi, düşünmədiyi sözlərdə nəsə axtarırlar” deyə Andrey Qrozin sözlərini tamamlayıb.                                    

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*