Tokayev Səhiyyə Nazirliyini yıxıb-sürüdü: “Etiraf etmək lazımdır”backend

Tokayev Səhiyyə Nazirliyini yıxıb-sürüdü: “Etiraf etmək lazımdır”

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

İyunun 29-da Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev hökumət üzvləri, bir sıra dövlət qurumlarının rəhbərləri, şəhər və rayonların rəhbərləri ilə video konfrans vasitəsilə görüş keçirib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Prezident çıxışında qeyd edib ki, vaxtında tətbiq edilən sərt karantin vaxtı udmağa və epidemiyanın zirvəsini təxirə salmağa imkan verib, ancaq təəssüf ki, fövqəladə vəziyyət rejiminin aradan qaldırılmasından  dərhal sonra bütün karantin tədbirləri zəifləyib.

“Bu il mayın 11-də məhdudiyyətlər qaldırıldıqdan bəri yoluxmaların sayı 7 dəfə artdı. Bu, əsasən bir sıra dövlət orqanlarının işindəki nöqsanlarla əlaqədardır. Qeyd etmək lazımdır ki, mərkəzi və yerli səviyyədə dövlət idarəetmə sistemi fövqəladə vəziyyət xaricində effektiv fəaliyyət göstərməyə hazırlaşmamışdır. İdarələrarası komissiya ona verilən tapşırığın öhdəsindən gəlmədi. Etiraf etmək lazımdır. Səhiyyə Nazirliyi mərkəzi və yerli hakimiyyət orqanlarının işinin əlaqələndirilməsini təmin edə bilmədi” deyib.

Aprelin 27-də ölkədə fövqəladə vəziyyət rejiminin mayın 11-dək uzadılması barədə sərəncam imzalanıb.

Bu günə qədər Qazaxıstanda 21 819 nəfərdə koronavirus aşkar edilib, ölənlərin sayı 188-ə çatıb.

                           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*