Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdibackend

Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı baş tutub. Tərəflər ikitərəfli əməkdaşlıqla yanaşı, regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

KONKRET.az xəbər verir ki, Makron söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb, xüsusilə nəqliyyat və enerji sahələrində əməkdaşlığın inkişafına diqqət çəkib.

Liderlər, həmçinin, beynəlxalq gündəmi, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsini və Cənubi Qafqazda aparılan danışıqları müzakirə ediblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*