Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yeni təyin etdiyi müdafiə naziri Dauren Kosanovu qəbul edib.
KONKERT.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
“Görüş zamanı dövlət başçısı ordunun döyüş hazırlığının gücləndirilməsi, idarəetmə sisteminə rəqəmsal həllərin tətbiqi, Xüsusi Əməliyyat Qüvvələrinin imkanlarının genişləndirilməsi, sosial və ideoloji işin səmərəliliyinin artırılması, həmçinin hərbi infrastrukturun modernləşdirilməsi ilə bağlı bir sıra konkret tapşırıqlar verib”, – məlumatda bildirilib.
Qeyd edək ki, bu gün Qasım Jomart-Tokayev Dauren Kosanovu yeni müdafiə naziri təyin etmişdi.