KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan 2019-cu ilin yekunlarından danışakarkən Azərbaycanı hədələyib. O bildirib ki, “Ermənistan Respublikası Silahlı Qüvvələri, Ermənistan Ordusu ən yeni hərbi texnikalarla təmin edilib. Silahlı qüvvələrimizin gücü gündən-günə artacaq və gücümüz düşmən üçün daha da ölümcül olacaq”.
Qeyd edək ki, əslində Tonoyan populist çıxışla yenidən Yeni öncəsi öz ənənəsini davam etdirib. Azərbaycan Ordusunun gücü ilə bağlı erməni hərbi ekspertlər dəfələrlə bəyan ediblər ki, əgər yenidən regionda müharibə başlayarsa, bu dəfə Ermənistan biabırçı şəkildə məğlub olacaq. 4 günlük Aprel Müharibəsi də onu göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinə faktiki qalib gəlmək üçün Ermənistan istər hərbi, istərsə də siyasi sahədə potensial gücünü itirib. Bunun üçün dərin hərbi strateq olmaq lazım deyi. Son 10 ildə Azərbaycan Ordusunun ən müasir hərbi texnika və silahlarla təchiz edilməsi erməni siyasətçilərinin narahat dolu açıqlamalarında da bariz şəkildə özünü göstərir.
Bütün bunları Ermənistanın müdafiə naziri David Tonoyan anlasa da, bəzən əsgərlərə yalan deməyə məcbr olur.