“Toplum TV” işi: Tutulan şəxslərlə bağlı yeni qərar açıqlandıbackend

"Toplum TV" işi: Tutulan şəxslərlə bağlı yeni qərar açıqlandı

“Toplum TV” işi üzrə tutulan şəxlərin həbs müddəti uzadılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Məhkəmə onların barəsində olan həbs qətimkan tədbirinin müddətinin daha 3 ay uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu ilin mart ayının 6-da “Toplum TV”nin ofisində axtarış aparılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y. V. Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daha sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsində “Toplum TV”nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu (Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*