“Toppuş bacı”nın qızı seriala çəkilir – VİDEObackend

“Toppuş bacı”nın qızı seriala çəkilir - VİDEO

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın qızı Zəhra seriala çəkilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Xəbər-ətər” verilişində danışılıb.

O, “İkinci bahar” adlı serialda “Toppuş” obrazını canlandırır.

Ekran işinin baş rol ifaçısı Əməkdar artist Dilarə Əliyeva Zəhranın olduqca istedadlı olduğunu deyib: “Səhnədə, ekranda olmağı haqq edən balaca aktrisadır. İnşallah parlaq gələcəyi olacaq, gözəl və maraqlı xarakterləri ilə tamaşaçıları sevindirəcək”.

Xatırladaq ki, T. Əliyeva bu il yanvarın 22-də vəfat edib. “Toppuş bacı” obrazı ilə məşhurlaşan aktrisa xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*