Torpaqlarımızın qayıtması əladır – Sitkovetskibackend

Torpaqlarımızın qayıtması əladır - Sitkovetski

Mən o zaman Şuşadan olan məcburi köçkünləri, ümumiyyətlə çadırlarda yaşayanları öz gözlərimlə gördüm. O zaman Filarmoniya hələ təmir edilməmişdi. Hələ çox şey qabaqda idi.

KONKRET.az xəbər verir ki, bu sözləri dünya şöhrətli skripkaçı, dirijor, əslən Bakıdan olan Dmitri Sitkovetski Real TV-də yayımlanan “Profil” verilişində deyib.

“Bu gün üçün vacib olan nədir? Torpaqlarımızın qayıtması əladır. İnsanların, onların ailələrinin öz yurdlarına qayıtmaq imkanları olacaq. Amma zənnimcə ən vacib olan şey burada mövcud olmuş mədəniyyət mühitinin də XXI əsrdə ora qayıtmasıdır. Torpaqların qayıtması qələbədir, bu, son deyil. Hazırda sosial şəbəkələrdə informasiya müharibəsi gedir. Mədəniyyət paytaxtının keçmişini və gələcəyini göstərmək zərurəti yaranacaq və bu, mütləqdir”, – Sitkovetski bildirib. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*