“Tottenhem”in yeni baş məşqçisi müəyyənləşdibackend

"Tottenhem"in yeni baş məşqçisi müəyyənləşdi

Danimarkalı mütəxəssis Tomas Frank “Tottenhem”in baş məşqçisi olacaq.

KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə insayder Fabritsio Romano öz sosial şəbəkə hesablarında məlumat verib.

Mənbənin yazdığına görə, “arılar” Frankı təxminən 12 milyon avro qarşılığında “Tottenhem”ə buraxmağa razılaşıb.

51 yaşlı məşqçi 2018-ci ildən “Brentford” klubuna rəhbərlik edirdi.

Xatırladaq ki, London klubunun sabiq baş məşqçi Anje Postekoğlu idi. Avstraliyalı mütəxəssisin rəhbərliyi altında “Tottenhem” ötən mövsüm Avropa Liqasını qazanaraq 2008-ci ildən bəri ilk titulunu əldə edib.

2024/25 mövsümündə isə komanda Premyer Liqanı 38 xalla 17-ci pillədə başa vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*