Tovuzda 35 yaşlı kişinin meyiti tapıldıbackend

Tovuzda 35 yaşlı kişinin meyiti tapıldı

Tovuz rayonunun Eyyublu kəndində su arxının kənarında kişi meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, dərhal Tovuz Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.

İlkin araşdırmalar nəticəsində meyitin kənd sakini, 1987-ci il təvəllüdlü Zaur Əliyev olması müəyyən olunub. Üzərində zorakılıq əlamətləri görünməyən cəsəd müvafiq ekspertizaya təqdim edilib, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*