Tovuzda “VAZ”lar toqquşdu – 1 ölü, 1 yaralıbackend

Tovuzda "VAZ"lar toqquşdu - 1 ölü, 1 yaralı

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, şəhər ərazisində rayon sakinləri C.Bağırovun idarə etdiyi “VAZ-2106”, R.Tağıyevin idarə etdiyi “VAZ-21099” və S.Qafarovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində C.Bağırovun sərnişini, Ağdam kənd sakini Sahib Sadıqov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*