Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Menyu qiymətlərindəki bahalaşmanın SƏBƏBİ BİLİNDİbackend

Toy etmək istəyənlərin NƏZƏRİNƏ: Menyu qiymətlərindəki bahalaşmanın SƏBƏBİ BİLİNDİ

Ramazan ayı artıq bitdi və toy mövsümü başladı. Hazırda restoranlarda toy növbələri o qədər çoxdur ki, bəzi vətəndaşlar “xeyir iş” üçün şadlıq sarayı tapmaqda çətinlik çəkirlər. Üstəlik, toy xərcləri orta statistik azərbaycanlının ailə büdcəsində əhəmiyyətli paya malikdir. Ancaq Bakıda toy menyularının bahalaşdığına dair xəbərlər yayılır. Bu da təbii ki, ailələrin xərclərinə ciddi təsir göstərir. Bəs görəsən, toy menyularının bahalaşmasının səbəbi nədir? 

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, toy qiymətlərinin yüksəlməsi, ərzağın bahalaşması ilə paralel gedir:

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

“Rəsmi rəqəmlərə görə, ərzaq qiymətlərində ümumilikdə 5 və ya 6 faiz artım var. Yəni ərzaq qiymətləri bahalaşıb. Bu, təbii olaraq toy qiymətlərinə də təsir göstərir. Ölkədə dini günlərdən, yəni Ramazan və Məhərrəmlik ayından sonra toyların sayı daha da artır. Əlbəttə ki, toyların sayının artması qiymətlərə də təsirsiz ötüşmür.“

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*