Toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar gəlir gətirəcəkbackend

Toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar gəlir gətirəcək

Hindistanda yeni toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollardan çox gəlir gətirəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Hindistan Ticarət Konfederasiyası məlumat yayıb.

Mütəxəssislərin fikrincə, Hindistanda bu mövsüm ölkə üzrə 4,8 milyon toy baş tutacaq ki, bu da ötən illə müqayisədə xeyli çoxdur. Ötən mövsüm ölkədə cəmi 3,5 milyon toy şənliyi baş tutub.

Bu onunla əlaqədardır ki, hind inancları və astrologiyası nöqteyi-nəzərindən bu il ailə qurmaq üçün daha əlverişli tarixlər var. Hindistanda toy günü astroloqla razılaşdırılmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*