Toy qaydalarını pozanları hansı cərimələr gözləyirbackend

Toy qaydalarını pozanları hansı cərimələr gözləyir

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, həm toy sahibi, həm də toyun keçirildiyi kafe və restoranları toyların keçirilmə qaydalarını pozduqda hansı cərimə gəzləyəcəkləri məlum olub.

Ədliyyə Nazirliyi toy, ailə tədbiri, dəfn mərasimləri və tədbirlərinin keçirilmə qaydalarının pozulmasına görə cərimələrin müəyyən edilməsi ilə əlaqədar İnzibati Məsuliyyət Məcəlləsinə əlavə və dəyişikliklərin nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

Məcəllənin 192-1-ci maddəsinə “Toylar, ailə tədbirləri, cənazə mərasimləri və tədbirlərin qaydalarının pozulması” maddəsinə əlavə etmək təklif olunur. Yeni qanun çərçivəsində müəyyən edilmiş qaydaları pozanlar 10 əsas hesablaşma vahidi (ƏHV) (1 ƏHV 223 min som və ya 40 AZN) cərimə ödəməli olacaqlar.

Ziyafət salonlarının, restoranların və kafelərin rəsmiləri pozuntulara görə 30 ƏHV (1200 AZN) cərimə ödəyəcəklər. Bir il ərzində təkrar qayda pozuntusu üçün 50 ƏHV (2000 AZN) ödəmək lazımdır.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Xatırladaq ki, Özbəkistanda yanvar 1-dən qüvvəyə minəcək toyların, ailə tədbirlərinin, yubileylərin, dəfn mərasimlərinin və mərhumun xatirəsinə həsr olunmuş tədbirlərin keçirilməsi qaydaları haqqında Əsasnamə təsdiqlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*