“Toya gedəndə babat “krışası” olan yerlərə gedin ki, ora nə virus soxula bilsin, nə də cərimə yazanlar…”backend

“Toya gedəndə babat “krışası" olan yerlərə gedin ki, ora nə virus soxula bilsin, nə də cərimə yazanlar...”

O deyirlər e, ay Biratnski ştamm belə getdi, ay nə bilim Afrikanski ştamm belə gəldi, Delta-filan, hamısı boş şeydi.

Dünyanın ən təhlükəli, ən şıltaq, ən “nipridskazuyemıy” virusu bizim analoqu olmayan milli Azərbaycan virusudur.

Baxın, bütün həftə “BakuBus”ın basları basabas, ağzına qədər dolu, metro ağzına qədər dolu, amma bizim izbalovannıy virusumuz minmir ki, mən imennı şənbə-bazar minmək istəyirəm, sərnişinlərin az olan günlərində.

Yaxud, baxırsan ki, Bakı – Gəncə avtobusu gedir, hamı ağız-ağıza, yolda dayanır kafe filanda, ayağyolu party, amma di gəl ki, virus saymır bu avtobusları, hökmən deyir ki, Bakı – Gəncə qatarı olsun, onunla gedəcəm yalnız.

O gün oturtmuşam virusu qabağıma, deyirəm ay virus, bax sənin uje paçti 3 yaşın olacaq bu gün-sabah, sənin nə vaxt ağlın gələcək başına?

Gül kimi varlının 300 nəfərlik toyuna getmirsən, qəşəng restoran, dəbli qonağlar, qapıda heç kim kovid-pasport yoxlamır, reyd keçirmir, get rahatca yoluxdur da camaatı!

Nə var daraşmısan bu yetim-yesirin 100 nəfəlik toyuna? Yaraşarmı sənə prastoy şadlıq sarayı, ya kənddə palatka toyu?

Bəs yas?

Təmiz havada, imkanlının bağ evində keçirilərn yasa getmirsən, zövglü masa, aş, çeşidli qara, banana qədər var məclisdə, insan axını da dayanmır, ora getmirsən, verirsən özünü kasıbın 50 nəfərlik yasına, utanmırsan?

Susur, danışmır, nə desin axı, bilirk ki, haqlıyam.

Nə isə, çox danışdım yenə, dediyim odur ki, toya-yasa gedəndə babat “krışası” olan yerlərə gedin ki, ora nə virus soxula bilsin, nə də cərimə yazanlar.

Bu qədər sadə…

Azər Qərib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*