Toyuq əti və yumurta yenidən UCUZLAŞDIbackend

Toyuq əti və yumurta yenidən UCUZLAŞDI

Son vaxtlar ölkədə toyuq əti bahalaşıb. Toyuq yemi üçün məhsul qıtlığının qiymət artımına səbəb olduğu deyilir. Məhsuldarlığın aşağı düşməsi və maya dəyərinin artması qiymətlərə təsir edib.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyindən qiymət artımına səbəb kimi broylerlərdə yetişdirmə prosesinin geçikməsi göstərilib. Bu isə yemlərin əlavə və qatqılarının olmaması ilə bağlıdır. Belə ki, yem əlavə və qatqılarının çatışmaması səbəbindən əvvəllər 35 günə yetişdirilən quşlar indi 48 günə kəsimə hazır olur.

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyi İdarə Heyətinin sədri Mürvət Həsənli referans.az-a danışıb. O bildirib ki, toyuq ətinin bahalaşması böyük istehsalçı fabriklər tərəfindən olmayıb:

“Xırda təsərrüfatlar toyuq ətinin qiymətini az miqdarda bahalaşdırmışdı. Qiymətlər yem qatqısı çatışmazlığı var idi deyə qalxmışdı. Vitamin, minerallar yemə qatılmayanda gecikmə verir. Sözügedən problem aradan qalxıb və ölkədə kifayət qədər yem və yem qatqısı var”.

Mürvət Həsənli bildirib ki, hazırda toyuq satışında müşahidə edilən bahalaşma yenidən öz qiymətlərinə qayıtmaqla ucuzlaşma ilə əvəzlənib. Toyuq ətinin qiyməti bundan əvvəlki vaxtdakı kimi eynidir və satış qiymətlərinin yenidən qalxması gözlənilmir.

Qeyd edək ki, toyuq ətinin satışında bahalaşma 1 manatdan çox məbləğlə özünü göstərirdi.

Müsahib yumurtanın qiymətində də ucuzlaşmanın olduğunu nəzərə çatdırıb: “Yumurtanın qiyməti ötən ilə nisbətən 5 qəpik ucuzdur. Ötən ilin müvafiq dövründə 17 qəpik idi, bu il 11-12 qəpik arasındadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*