Tozlu hava nə vaxta qədər davam edəcək?backend

Tozlu hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə KONKRET.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avtomatik stansiyalardan əldə olunan məlumata görə, hazırda havada tozun miqdarı normadan 1.3-1.4 dəfə artıqdır.

Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, şimal-şərq küləkləri vasitəsilə Xəzər dənizi üzərindən cənub istiqamətli hava axını ilə ölkə ərazisinə daxil olur.

Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*