Tramp 2028-ci ildə də namizəd olacaq? – AÇIQLAMAbackend

Tramp 2028-ci ildə də namizəd olacaq? - AÇIQLAMA

Donald Tramp üçüncü müddətə prezidentliyə namizəd olacağı barədə qeyri-müəyyən danışıb.

KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp CNBC telekanalına açıqlamasında üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək ehtimalına münasibət bildirib.

“Yəqin ki, üçüncü dəfə namizəd olmayacağam”, – deyə Tramp bildirib. Ardınca isə əlavə edib: “Amma istərdim – mənim reytinqlərim tarixdə ən yüksək göstəricilərdir”.

Qeyd edək ki, ABŞ Konstitusiyasının 22-ci düzəlişinə əsasən, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz – bu, ardıcıl olmasa belə, mümkün deyil.

Buna baxmayaraq, Trampın tərəfdarları və özü dəfələrlə bu qadağanın müxtəlif yollarla aradan qaldırıla biləcəyini – məsələn, 22-ci düzəlişin ləğvi və ya vitse-prezident seçilərək daha sonra prezident postuna keçid variantını gündəmə gətiriblər.

Artıq Trampın rəsmi saytında “Trump 2028” yazılmış məhsullar satışa çıxarılıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*