Tramp 41 milyon dollar təzminat alan 5 gəncin edamını niyə istəyirmişbackend

Tramp 41 milyon dollar təzminat alan 5 gəncin edamını niyə istəyirmiş

Donald Tramp! O, hazırda dunyanın ən demokrat ölkəsi sayılan Amerikanın  prezidentidir və dünyaya demokratik dəyərlərdən moizə oxuyur. Trampı niyə xatırladım? Tələsməyin, indi deyəcəm. Deməli, ABŞ-ın polis və məhkəmə sisteminin tarixində “qara ləkə” adlandırılan, “Mərkəzi Park Beşliyi” adı ilə tarixə düşən bu hadisə 1989-cu ilin payızında Nyu-Yorkun Mərkəzi Parkında baş verib. O zaman 28 yaşlı Trişa Meyliyə təcavüz olunub və döyülərək ağır yaralanıb. Polisin araşdırması nəticəsində həmin vaxt parkda bir qrup qaradərili yeniyetmənin əyləndiyi məlum olub. Nyu-Yorkun qaradərililərinin yaşadığı Harlem məhəlləsində axtarışlar aparılıb. Beş nəfər 14-15 yaşlarında olan yeniyetmə saatlarla vəkilsiz və yeməksiz sorğu-sual olunub. Maraqlısı da o idi ki, onlardan yalnız ikisi bir-birini tanıyıbmış. Sonda gənclər cinayəti üzərilərinə götürsələr də, illər sonra bunu polisin təyziqləri nəticəsində etdiklərini, həmin qadını heç vaxt görmədiklərini etiraf ediblər. Hətta Nyu-York məhkəməsi onların bu cinayəti törətməsi barədə heç bir dəqiq sübüt göstərə bilməyib. Ortada olan dəlillərdən hadisənin bir nəfərin törətdiyi açıq görünsə də, yeniyetmələrin beşi də həbs olunub. Amerikanın qaradərili əhalisi onların günahsız olduğunu bilə-bilə dəfələrlə nümayişlər keçirsə də, bunun heç bir faydası olmayıb. Hormətli oxucular, ən maraqlısı isə bilirsinizmi, nədir? Həmin vaxtlarda məhşur iş adamı olan Donald Tramp ölüm hökmünün yenidən bərpası və bu beş yeniyetmənin edam olunması üçün çağırışlar edirmiş. Lakin yeniyetmələrdən  4-ü 7 il, biri isə 13 il həbs olunub. İllər sonra 2002-ci ildə Amerikanın ən qəddar qatillərindən Matias Reyes Trişa Meylini şəxsən zorladığını və yaraladığını etiraf edib. Araşdırmalar və DNT analizləri ilə də bu, sübüt olunub. Xəbər bütün Amerikada etiraz dalğası yaradıb. Beləliklə, Amerikanın hüquq-mühafizə orqanları irqçilikdə ittiham olunmağa başlayıb. Bütün gəncliyini isə ağır şəraitdə həbsxanalarda keçirən günahsız 5 gəncə isə gec də olsa, bəraət verilib. 2014-cü ildə Nyu-York məhkəməsi bu beş günahsıza rekord məbləğdə 41 milyon dollar təzminat ödəyib. Onların hamısı ailə həyatı qurub və bir çoxu bu pulla şəxsi biznesini yaradıb.

4 il sonra 2018-ci ildə isə ölüm hökmunun bərpasını istəyən günahsız beş gəncin edam olunmasını ciddi təkidlə tələb edən Donald Tramp ABŞ-ın prezidenti seçilir.

Təzadlı dünya!!!

 

Hazırladı: Elman Şirməmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*