Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyilbackend

Tramp ABŞ-ı NATO-dan çıxarmaq niyyətində deyil

Prezident Donald Tramp ABŞ-ın NATO-dan çıxmasını istəmədiyini söyləyib.

KONKRET.az xəbər verir ki, o, bu barədə “The Washington Post” qəzetində dərc olunan müsahibəsində deyib.

“Xeyr, çıxmaq istəmirəm … Ancaq istəyirəm ki, digər NATO ölkələri ədalətli paylarını ödəsinlər” Tramp deyib.

O, Rusiyaya qarşı atacağı addımlardan da danışıb. Ağ Evin sahibi bildirib ki, NATO müttəfiqləri alyansa maliyyələşməni artırmalıdır.

Trampın sözlərinə görə, etdiyi hərəkətlər sayəsində 8 NATO ölkəsi ÜDM-nin ən azı 2% -ni müdafiə ehtiyaclarına xərcləməklə öhdəliklərini yerinə yetirir.

“Ancaq, yeri gəlmişkən, 2% çox azdır … Demək olar ki, heç bir şey ödəməyən ölkələr də var idi, amma indi ödəyirlər. Mənə də ciddi bir sual verirlər: “Sən də çıxmaq istərdin …?”. Mən cavab verdim: “Çıxardım”. Əgər belə bir cavab verməsən, onlar pul vermək niyyətində deyillər”. Tramp izah edib.

Xatırladaq ki, 2019-cu ilin yanvarında Konqres Trampın NATO-dan ayrılması üçün dövlət vəsaitlərindən istifadəsini qadağan edən qanun qəbul edib.

Bu, Trampın İttifaqdan çıxmaq istəyi barədə mətbuatda yayılan xəbərlərdən sonra edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*