Tramp: ABŞ Pasxayadək koronavirusun yayılmasını aradan qaldırmaq istəyirbackend

Tramp: ABŞ Pasxayadək koronavirusun yayılmasını aradan qaldırmaq istəyir

Aprelin 12-də qeyd ediləcək Pasxa mənim üçün xüsusi bir gündür.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib.

O, Pasxadan əvvəl ölkədə koronavirus epidemiyasını aradan qaldıracağına ümid etdiyini söyləyib.

“Tezliklə açılacağıq … Ölkənin açıq olmasını və Pasxayadək həyatın bərpa olunmasını istəyərdim. Pasxa mənim üçün xüsusi bir gündür … və ölkəmizdəki bütün kilsələri dolduracaqsınız” deyib.

“Bir ölkə iş üçün açılmazsa, “kütləvi tənəzzülə ya depressiyaya” məruz qala bilər. Nəticədə insanlarımız öləcək. Minlərlə intihar olacaq. Qeyri-sabitlik hökm sürəcək”. ABŞ prezidenti belə deyib.

Qeyd edək ki, ABŞ-da 55 mindən çox insan koronavirusa yoluxub. 800-dən çox ölüm hadisəsi qeydə alınıb.

Xatırladaq ki, Birləşmiş Ştatlarda hər gün koronavirus hallarının 40% artması müşahidə olunur. Yeni halların aşkarlanmasının kəskin artması səbəbindən ABŞ yoluxanların sayına görə dünyada üçüncü olub.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*