Tramp ABŞ seçkilərini təxirə salmaq barədə fikrini dəyişdibackend

Tramp ABŞ seçkilərini təxirə salmaq barədə fikrini dəyişdi

ABŞ prezidenti Donald Tramp prezident seçkilərini təxirə salmaq istəmədiyini və eyni zamanda poçt səsverməsindən narahat olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, Ağ Evdə keçirdiyi brifinqdə bəyan edib.

“Mən bunu təxirə salmaq istəmirəm. Seçkilərin keçirilməsini istəyirəm” deyib.

Tramp poçtla səs vermək fikrini sevmədiyini söyləyib, çünki bülletenlər iti bilər və seçki korlanar.

“Üç ay gözləmək istəmirəm, sonra bülletenlərin itdiyini və seçkilərin etibarsız olduğunu eşidəcəm. Ağıllı insanlar bunu bilir. Axmaq insanlar bunu bilmirlər” deyib.

Bir gün əvvəl ABŞ-da seçkilərinin koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınması barədə məlumat verilmişdi.

Xatırladaq ki, ABŞ-da seçicilərin 51% -i Demokratların prezidentliyə namizədi Co Baydenə, 40% isə hazırkı Respublikaçı Donald Trampa səs verməyə hazırdır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*