Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişini tezləşdirəcəkmi?backend

Tramp administrasiyası Azərbaycanla Ermənistan arasında sülh sazişini tezləşdirəcəkmi?

“Bildiyiniz kimi, Bayden administrasiyası Azərbaycan-Ermənistan (eləcə də Türkiyə-Ermənistan) münasibətlərinin tənzimlənməsi prosesində fəal vasitəçi olub. Məhz bu səbəbdən səlahiyyət müddəti başa çatan prezident Bayden Bakı və İrəvana göndərdiyi məktublarında İlham Əliyev və Nikol Paşinyanı ilin sonuna qədər sülh sazişi imzalamağa çağırıb”.

KONKRET.az “hraparak.am” saytına istinadən xəbər verir ki, bunu beynəlxalq münasibətlər üzrə erməni alim Suren Sarkisyan yazıb.

Onun sözlərinə görə, əgər hadisələrə real baxılsa, burada aşağıdakı ssenarilər üzə çıxacaq:

1. Tramp administrasiyası imzalanma ssenarisini tezləşdirməyəcək, çünki bu halda təşəbbüslərin Bayden administrasiyasına aid olduğunu etiraf etməli və ya ən azından Demokratlarla bölüşməli olacaq.

2. İkinci ssenari ondan ibarətdir ki, Tramp Cənubi Qafqazda baş verən proseslərdə ümumiyyətlə fəal iştirak etmir və regionumuzdakı bütün təşəbbüslər regional oyunçular Rusiya, Türkiyə və İranın öhdəsinə düşür.  Azərbaycan bu oyunda Ermənistandan fərqli olaraq Tehran, Ankara və Moskva ilə danışıqlar aparmağa qadirdir. Bu ssenari, təbii ki, regionu balanssızlaşdıracaq və nəticədə Amerikanın yoxluğu bütün oyunçulara rahat nəfər almağa imkan verəcək.

3. Üçüncü ssenari İran ətrafında eskalasiyanın artmasıdır. Bu da region üçün pis  nəticələnə bilər.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*