Tramp Avropa İttifaqını hədələdi — Detallarbackend

Tramp Avropa İttifaqını hədələdi — Detallar 

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının “Google”a 2,95 milyard avro məbləğində cərimə tətbiq etməsinə cavab olaraq Aİ-ni əlavə tariflər tətbiq etməklə hədələyib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

Ağ Ev rəhbəri cəriməni “ədalətsiz” adlandırıb və qeyd edib ki, onun administrasiyası bu diskriminasiyaedici tədbirlərin qüvvədə qalmasına imkan verməyəcək.

Qeyd edək ki, bu, 2017-ci ildən davam edən antiinhisar işləri çərçivəsində Brüsselin “Google”a tətbiq etdiyi dördüncü böyük cərimədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*