Tramp: “Bolton gülə bilməyən dəli manyakdır”backend

Tramp: "Bolton gülə bilməyən dəli manyakdır"

ABŞ Prezidenti Donald Tramp keçmiş Milli Təhlükəsizlik Müşaviri Con Boltonu dəli manyak adlandırıb.

KONKRET.az xəbər verir ki, Amerika lideri bunu iyunun 25-də Fox News-a verdiyi müsahibədə söyləyib.

“Hər kəs onu dəli hesab edirdi, çünki yalnız insanları bombalamaq istəyirdi və deyirdi ki, Rusiya və ya Çin ilə vuruşaq. Danışıqlarda həmişə mənə istədiyimi verirdilər, ancaq yanımdakı bu manyak Boltonu görəndə fikirləşirdilər ki, bombadan istifadə etməyə hazır olduğumu söyləyəcəm” deyib Tramp.

Onun sözlərinə görə, Bolton işinin öhdəsindən pis gəlirdi və ağıllı deyildi.

“Onun heç olmasa bir dəfə gülümsədiyi yadımda deyil. Hətta bir dəfə gülə bildiyini soruşdum. Bu, onun haqqında çox şey deyir” deyib.

Xatırladaq ki, Trampın Boltonu tənqid etməsi keçmiş müşavirin 2018-2019-cu illərdə prezident administrasiyasında baş verən hadisələri açıq şəkildə yazdığı kitabının nəşrindən sonra daha da artıb.

ABŞ hakimiyyəti məhkəmə tərəfindən kitabın nəşrini qadağan etməyə çalışıb və Tramp deyib ki, Bolton dəmir barmaqlıqlar arasında oturmalıdır.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*