Tramp bu gün Putinə zəng edəcəkbackend

Tramp bu gün Putinə zəng edəcək

Ağ Evdəki görüş zamanı Trampdan cümə günü Putinlə apardığı müzakirələrdə onu məyus edən məqam olub olmadığı barədə sual veriblər.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ prezidenti bildirib ki, o, “indi birbaşa deyil, dolayı yolla” Putinlə danışıb və bugünkü görüşlərindən “dərhal sonra” onunla telefon danışığı aparacaq.

Tramp əlavə edib ki, onlar üçtərəfli görüş keçirə də, keçirməyə də bilərlər. Əgər görüş olmasa, döyüşlər davam edəcək. Əgər baş tutsa, Trampın sözlərinə görə, “bəlkə də müharibəni bitirmək üçün yaxşı şans” yaranacaq.

“Bu görüşü bitirən kimi mənim zəngimi gözləyir,” – deyə Tramp bildirib.

Bundan sonra Tramp mətbuat nümayəndələrinə təşəkkür edib və jurnalistlər otaqdan çıxarılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*