ABŞ prezidenti Donald Tramp Ukrayna müharibəsi ilə bağlı növbəti bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinlə Ukrayna barədə öncədən danışıb və münaqişənin çox qısa – cəmi üç gün davam edəcəyi gözlənilirdi.
“Əvvəllər Putinlə Ukrayna mövzusunda danışmışam. Amma bilirsiniz nə var? Onun üçün bu asan olmadı. Bəli, asan olmadı. Bu müharibənin üçgünlük olacağı güman edilirdi. İndi isə üç il keçib və mən doğrudan da düşünürdüm ki, bu məsələ artıq üç-dörd dəfə həll olunmuşdu. Amma görünür, bu, çox zaman aparacaq”, – deyə Tramp bildirib.
Trampın bu sözləri onun prezidentliyə namizədliyini irəli sürdüyü 2024-cü il seçkiləri öncəsi Rusiya-Ukrayna müharibəsinə dair mövqeyinin bir hissəsi kimi qiymətləndirilir. O, daha öncə dəfələrlə qeyd edib ki, hakimiyyətə qayıdacağı təqdirdə müharibəni “24 saat ərzində” bitirəcəyini vəd edir.