Tramp: “Bura dünyanın ən pis şəhəridir”backend

Tramp: “Bura dünyanın ən pis şəhəridir”

ABŞ prezidenti Donald Tramp Çikaqonu “dünyanın ən pis şəhəri” adlandırıb.

KONKRET.az Minval-a istinadən xəbər verir ki, Trampın sözlərinə görə, həftəsonu Çikaqoda azı 54 nəfər güllələnib, 8 nəfər həlak olub.

“Son iki həftəsonu təxminən eyni olub. Çikaqo, şübhəsiz ki, dünyanın ən qorxulu və ən təhlükəli şəhəridir. Pritzkerin həqiqətən köməyə ehtiyacı var, o, hələ bunu bilmir. Onun Vaşinqtonda etdiyi kimi, mən də cinayət problemini tez həll edəcəm. Çikaqo tezliklə yenidən təhlükəsiz olacaq. Gəlin Amerikanı yenidən möhtəşəm edək!”, – Amerika lideri sosial şəbəkədə yazıb.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*