Tramp Çin lideri ilə telefonla danışdı: koronavirus müzakirəsibackend

Tramp Çin lideri ilə telefonla danışdı: koronavirus müzakirəsi

ABŞ prezidenti Donald Tramp Çin lideri Xi Jinping ilə telefonda koronavirus infeksiyası COVID-19 barədə danışıb.

KONKRET.az xəbər verir ki, bu barədə o, Twitterdəki səhifəsində yazıb.

“Sadəcə Xi Jinping ilə yaxşı bir söhbət bitdi. Planetimizdə sürətlə yayılan koronavirus ətraflı müzakirə edildi. Çin virusun qarşısının alınmasında böyük irəliləyişlər etdi. Biz bu mövzuda birlikdə çalışırıq” deyə Tramp bildirib.

 

Bundan əvvəl “The New York Times” yazırdı ki, ABŞ-da 81 311 koronavirus infeksiyası aşkarlanıb. Beləliklə, ölkə İtaliya və Çini üstələyib.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib.

Xəstəliyin törədicisi, rəsmi adı COVID-2019 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*