Tramp Çinə səfərə getməyi düşünürbackend

Tramp Çinə səfərə getməyi düşünür

ABŞ prezidenti Donald Tramp müvafiq dəvət olacağı təqdirdə bu il Çinə səfər edə biləcəyini istisna etmir.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, o, bunu inauqurasiyadan sonra, yanvarın 20-də axşam Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində deyib.

Eyni zamanda, ABŞ lideri məsələnin daha çox Pekinin Vaşinqtona dəvət göndərməsindən asılı olduğuna eyham vurub. Tramp bu il Çinə gedib-getməyəcəyini soruşduqda “Dəvətim olsaydı, baş dəyərləndirərdim”, cavabını verib. Yanvarın 19-da “The Wall Street Journal” mənbələrə istinadən yazıb ki, Tramp səlahiyyət müddətinin ilk 100 günü ərzində Çinə səfər etməyi düşünür. Nəşrin məlumatına görə, səfərin məqsədi Çin sədri Si Cinpinlə münasibətləri gücləndirməkdir. Bundan əlavə, qeyd edilir ki, Hindistana səfər variantı da nəzərdən keçirilir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*