Donald Tramp Çindən Meksika və Kanadaya göndərilən sintetik opioid fentanilin qaçaqmalçılığı ilə bağlı vəziyyəti düzəltməyə çağırıb. Əks halda Çin mallarına fevralın 1-dən yeni tariflər tətbiq ediləcək.
KONKRET.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Çinin Vaşinqtondakı səfiri Liu Penqyu buna cavab olaraq, ABŞ və Çin arasında tarif müharibəsində qalibin olmayacağını vurğulayıb: “Vaşinqton qaydalara hörmət etməli və qarşılıqlı əməkdaşlıq mühiti yaratmalıdır. Çin ABŞ-ilə bərabərlik, qarşılıqlı fayda və hörmət əsasında narkotiklərə nəzarət sahəsində əməkdaşlığı davam etdirməyə hazırdır”. Vəziyyətlə əlaqədar Tramp Kanada və Meksikanı da tariflərlə hədələyib.
Vəli Həsənoğlu,
KONKRET.az