Tramp Çinlə ticarət sazişinin dayandırılması xəbərini təkzib etdibackend

Tramp Çinlə ticarət sazişinin dayandırılması xəbərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp ABŞ və Çin arasında ticarət sazişinin dayandırılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

KONKRET.az xəbər verir ki, o, bu barədə 23 iyun çərşənbə axşamı “Twitter”də açıqlayıb.

“Çin ilə ticarət sazişi tamamilə təhlükəsizdir. Ümid edirəm ki, onlar (Çin) razılaşmanın şərtlərinə əməl edəcəklər” deyə Amerika lideri yazıb.

Bazar ertəsi günü Ağ Evin Milli Ticarət Şurasının rəhbəri Peter Navarro “Fox News Channel” televiziyasına deyib ki, Tramp koronavirus infeksiyasının Uhandakı bir laboratoriya divarlarından sızdığı ilə bağlı kəşfiyyat xəbərlərini alıb və bu baxımdan Çin ilə razılaşmanı dayandırmaq niyyətindədir.

Daha sonra Fox News Navarronun açıqlamalarının kontekstdən çıxdığı barədə məlumat verib.

“Mənim qeydlərim kontekstdən kənarda qaldı. Bunlar hələ qalan ticarət əməliyyatının birinci mərhələsinə aid deyildi” deyə Ağ Evin Şura rəhbəri izah edib.

Qeyd olunur ki, Navarro və Trampın açıqlamalarından sonra birjanın fyuçersləri 400 bənddən çox ucuzlaşıb.

Bildiyiniz kimi, yanvarın 15-də ABŞ və Çin ticarət sazişinin birinci hissəsini imzalayıblar. Bu müqaviləyə əsasən, Vaşinqton təxminən 250 milyard dollar dəyərində Çin mallarına 25 faizlik rüsum qoyub.

Razılaşmaya görə, Çin ABŞ-dan 75 milyard dollara sənaye məhsulu, 50 milyard dollara enerji, 40 milyard dollarlıq kənd təsərrüfatı məhsulları almalı və yaxın iki ildə xidmətlərə daha 35-40 milyard dollar xərcləməli idi.

May ayında KİV Çin səlahiyyətlilərinin Vaşinqtonun koronavirusu ittiham etməsi səbəbiylə ABŞ ilə ticarət sazişindən imtina etməyə hazır olduğunu bildirmişdi.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*