Tramp Coca-Cola ilə bağlı QƏRAR: ABŞ-da içki belə istehsal olunacaqbackend

Tramp Coca-Cola ilə bağlı QƏRAR: ABŞ-da içki belə istehsal olunacaq

ABŞ prezidenti Donald Tramp Coca-Cola şirkəti ilə danışıqlar apararaq, ölkə daxilində satılan məhsulların tərkibinin dəyişdirilməsinə nail olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Trampın sözlərinə görə, bundan sonra ABŞ-da satışa çıxarılan Coca-Cola içkilərində əsl şəkər qamışı istifadə olunacaq.

“Mən Coca-Cola ilə ABŞ-da satılan kolada həqiqi şəkər qamışının istifadəsi barədə danışıqlar apardım və onlar razılaşdılar. Qərarın qəbulunda iştirak edən hər kəsə təşəkkürümü bildurirəm”.

Hazırda ABŞ-da Coca-Cola məhsullarının əksəriyyəti qarğıdalı siropu ilə istehsal olunur və bu da uzun illərdir sağlamlıqla bağlı mübahisələrin mövzusudur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*