Tramp dediyindən dönmür –  Putini G7 sammitinə dəvət etmək istəyirbackend

Tramp dediyindən dönmür -  Putini G7 sammitinə dəvət etmək istəyir

ABŞ prezidenti Donald Tramp Amerika liderinin noyabr prezident seçkilərindən sonra keçirmək istədiyi G7 görüşünə mütləq Rusiya prezidenti Vladimir Putini dəvət edəcəyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

“Bir sıra liderləri görüşə dəvət etdik. Əlbəttə, onu (Putini) görüşə dəvət edərdim. Düşünürəm ki, bu, çox vacib amildir. G7 üzvü olmayan liderləri dəvət edəcəyik, bəziləri artıq dəvətnamələri qəbul edib”. Tramp jurnalistlərə belə deyib.

“Ancaq düşünürəm ki, iclas seçkilərdən sonra olacaq, çünki bu zaman ab-hava daha yaxşı olacaq” deyə prezident əlavə edib.

Daha əvvəl Prezident Tramp G7 iclasını sentyabr ayınadək təxirə saldığını və orada əlavə dörd ölkəni dəvət etmək istədiyini söyləyib: Rusiya, Hindistan, Avstraliya və Koreya Respublikası.

Onun sözlərinə görə, G7-də Rusiyanın olması ağıllı bir addımdır.

Babək Göyüş                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*