Tramp: “Demokratların əleyhimə heç nəyi yoxdur”backend

Tramp: “Demokratların əleyhimə heç nəyi yoxdur”

ABŞ prezidenti Donald Tramp sosial şəbəkə X-də paylaşım edərək, Ceffri Epşteyn işi ilə bağlı ona qarşı heç bir sübutun olmadığını bildirib və Demokratları bu məsələdə tənqid atəşinə tutub.

KONKRET.az xəbər verir ki, Tramp paylaşımında Demokratların dörd il ərzində Epşteyn işi üzrə tam nəzarətə malik olduqlarını, o cümlədən sabiq baş prokuror Merrik Qarland və sabiq FTB direktoru Ceyms Kominin rəhbərlikdə olduğunu qeyd edib:

“Əgər onların Epstein işi ilə bağlı ‘inkaredilməz sübutu’ olsaydı, niyə dörd il ərzində bunu istifadə etmədilər? Çünki onların heç nəyi yox idi” – deyə Tramp bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*