Tramp erkən koronavirus xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham olundubackend

Tramp erkən koronavirus xəbərdarlıqlarına məhəl qoymamaqda ittiham olundu

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət sövdələşməsi ilə əlaqədar yaranan narahatlıqlara görə koronavirus epidemiyasının başlaması ilə bağlı erkən xəbərlərə məhəl qoymayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltona istinadən məlumat yayıb.

Onun sözlərinə görə, dövlət başçısı ÇXR ilə saziş bağlanmasını çətinləşdirə biləcək bir şey barədə eşitmək istəməyib. O, yaxınlaşan pandemiyanın Amerika iqtisadiyyatına və onun yenidən seçilməsnə təsiri ilə bağlı xəbərdarlıqlara qulaq asmayıb. Bolton bildirib ki, prezidentin problemi görməməsi hökumətin epidemiyanın öhdəsindən gəlməsinə səbəb olub.

Federal səviyyədə təhdidə reaksiyanın ardıcıl olmadığını qeyd edib.

Bundan əvvəl ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) etiraf etmişdi ki, koronavirusun mənşəyi barədə hər hansı bir nəticə çıxarmaq üçün kifayət qədər məlumat yoxdur.

Eyni zamanda, FTB direktoru Çində pandemiyanın başlaması ilə əlaqədar deyib ki, ÇXR-dən başqa heç bir ölkə Amerika dəyərlərinə, iqtisadi təhlükəsizliyinə və demokratik prinsiplərə daha böyük təhlükə yaratmır.

Vaşinqton da öz növbəsində Çini dəfələrlə tənqid edib. Mart ayında Tramp Çini dünya birliyini koronavirusun yayılması barədə məlumatlandırmamaqda günahlandırıb.

Onun sözlərinə görə, başqa ölkələrin səlahiyyətliləri bu barədə bir neçə ay əvvəl bilsəydilər, daha yaxşı olardı.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*