Tramp erməni kəşfiyyatçını Norveçə səfir təyin etdibackend

Tramp erməni kəşfiyyatçını Norveçə səfir təyin etdi

Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin erməni əsilli keçmiş zabiti Maykl Kavukjyanı Norveçə səfir təyin edib.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp “Truth Social”da yazıb.

“Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Maykl Kavukjyan ABŞ-ın Norveç Krallığında növbəti səfiri olacaq. Maykl parlaq vəkildir, hazırda “White & Case”nin baş tərəfdaşıdır. Burada o, bütün dünyada mürəkkəb kommersiya məhkəmə işlərinə rəhbərlik edir” deyə o, qeyd edib.

Prezident qeyd edib ki, vəkil əvvəllər MKİ-nin əməkdaşı olub.

Xatırladaq ki, Kavukjyan Stanford Universitetinin və Harvard Hüquq Məktəbinin məzunudur.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*