Tramp “erməni sevdalı”larını bir-bir vəzifəyə təyin edir: ABŞ-ın məqsədi nədir?backend

Tramp "erməni sevdalı"larını bir-bir vəzifəyə təyin edir: ABŞ-ın məqsədi nədir?

Donald Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra seçdiyi kadrların əksəriyyəti vaxtlilə Ermənistanın mövqeyini dəstəkləyən senatorlardır. Dövlət Katibi Marko Rubio uzun müddət Azərbaycan və Türkiyə əleyhinə kampaniyalarda iştirak edib və ölkəmizlə bağlı qərəzli bəyanatlar səsləndirib. Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin olunan Tulsi Qabbard da uzun müddət ermənilərin təsiri altında fəaliyyət göstərib.

KONKRET.az xəbər verir ki, ABŞ Senatı Tulsi Qabbardın Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiqləyib. Məlumatda bildirilir ki, onun namizədliyinin lehinə 52, əleyhinə isə 48 senator səs verib.

Qabbard ABŞ-ın daxili və xarici kəşfiyyat xidmətlərinə, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Federal Təhqiqatlar Bürosuna (FTB) rəhbərlik edəcək. Xatırladaq ki, Qabbard siyasi karyerasına 2002-ci ildə başlayıb. O, 2004-cü ildən 2005-ci ilə qədər İraq müharibəsində iştirak edib. Havay Milli Qvardiyasında mayor rütbəsi alıb və sonra ona ABŞ Ordusunun Ehtiyatda olan polkovnik leytenat rütbəsi verilib. 2022-ci ilin oktyabrında Qabbard Demokrat Partiyasını tərk edərək Donald Trampı dəstəkləyib və 2024-cü ilin oktyabrında Respublikaçılar Partiyasına qoşulub.  2024-cü ilin noyabrında Donald Tramp onun namizədliyini Milli Kəşfiyyatın direktoru vəzifəsinə irəli sürüb.

Qeyd edək ki, Qabbard ABŞ-dakı erməni təşkilatları ilə sıx əməkdaşılıq edir. 2017-ci ildə Konqres üzvü kimi o, Amerika Erməni Milli Komitəsinin təşkil etdiyi konfransda Ermənistan və Qarabağa səfər edib. Konqresdə erməni maraqlarını dəstəkləyib. Erməni “soyqırımını” tanıyan qətnamələrin lehinə səs verib. Konqresdə Azərbaycanın əleyhinə çıxışlar edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*