Tramp Ermənistanı İrana qarşı qızışdıra bilər: Paşinyan Tehrana “kəllə atacaq”? – Xaçikyanın VERSİYASIbackend

Tramp Ermənistanı İrana qarşı qızışdıra bilər: Paşinyan Tehrana "kəllə atacaq"? - Xaçikyanın VERSİYASI

Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri erməni mediasının əsas müzakirə mövzusudur. Vaşinqtonda diaspora ilə görüşən Paşinyanın Amerika erməniləri qarşısında qaldırdığı məsələ düşmən ölkədə “soyuq duş” effekti yaradıb. Siyasi ekspertlər, şərhçilər, təhlilçilər məsələyə müxtəlif aspektlərdən yanaşırlar.

KONKRET.az xəbər verir ki, Stenford Universitetinin professor Artur Xaçikyan isə tamam fərqli münasibət bildirib. Onun fikirincə Paşinyanın ABŞ-a səfərinin məqsədi Donald Trampla şəkil çəkdirmək olub. Xaçikyan hesab edir ki, mövcud vəziyyət Ermənistan hakimiyyətinin yürütdüyü xarici siyasətin tamamilə iflasa uğradığının sübutudur.

“Biz ABŞ-la strateji əməkdaşlıq haqqında xartiya imzaladıq. Lakin sənədi oxuyandan sonra anladıq ki, orada heç nə yoxdur. Sənəddə heç bir hərbi yardım nəzərdə tutulmayıb, yalnız bir sıra gözəl ifadələr var. Təəccüblü deyil ki, belə bir sənəd imzalandıqdan sonra Ermənistan hətta ABŞ prezidentinin andiçmə mərasiminə dəvət almadı və andiçmə mərasimindən sonra ABŞ-a bir dənə də olsun rəsmi səfər olmadı.

Hazırkı səfər rəsmi deyil. Paşinyanı Tramp administrasiyasının hər hansı məmuru belə qəbul etməyib. Paşinyan İsrailyönlü və radikal anti-İran mövqeyinə sadiq dini təşkilata üz tutmağa məcbur olub. Xaçikyan əlavə edib ki, Paşinyanın maksimum planı Trampla hansısa qısa görüş təşkil etmək və şəkil çəkdirmək olub:

“Tramp administrasiyası ilə əlaqə saxlamaq üçün bu cür kommunikasiya kanallarından istifadə etməklə Ermənistanın İrana qarşı hərəkətə keçməyə məcbur olması ehtimalı yüksəkdir. Bu, son dərəcə realdır. Xüsusən də ABŞ Rusiyanın gərgin iş qrafikindən yararlanmaq və İran problemini həll etmək əzmindədir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*