Tramp ilk dəfə Meksika prezidenti ilə görüşdü – Kanada lideri ABŞ-a gəlmədibackend

Tramp ilk dəfə Meksika prezidenti ilə görüşdü – Kanada lideri ABŞ-a gəlmədi

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Meksika prezidenti Andres Manuel Lopez Obrador ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CBS News telekanalı yayıb.

Mənbə bildirir ki, bu, onların ilk görüşləridir.

Qeyd olunur ki, iki ölkə liderlərinin görüşü bu ayın əvvəlində qüvvəyə minən ABŞ, Meksika və Kanada (USMCA) arasında yeni ticarət sazişinin imzalanması çərçivəsində baş tutub. Kanadanın Baş naziri Justin Trudeau Vaşinqtona gəlməkdən imtina edib, buna görə görüş ikitərəfli olub.

Jurnalistlərə danışan Tramp ABŞ və Meksika arasındakı mövcud münasibətləri “əla” adlandırıb və “indikindən heç vaxt yaxın olmadığını” bildirib.

Ağ Evin sahibi, həmçinin Lopez Obradoru tərifləyib, onu “sərt danışıq aparan şəxs” adlandırıb.

Öz növbəsində, Meksika rəhbəri Trampa anladığı üçün təşəkkür edib və vurğulayıb ki, ABŞ bizimlə müstəmləkə kimi davranmır.

“Əksinə, müstəqil bir millət olaraq şərtimizi yerinə yetirdiniz. Ona görə də Amerika Birləşmiş Ştatlarının xalqına onların prezidentinin bizə mehribanlıqla və hörmətlə yanaşdıqlarını bildirmək  üçün mən buradayam” deyib Lopez Obrador.

Trampa görə Trudeau ilə görüş daha sonra baş tutacaq.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*