backend

Tramp impiçmenti dəstəkləyən Konqres üzvlərini nankorluqda günahlandırdı

ABŞ prezidenti Donald Tramp onun vəzifədən vaxtından tez getməsini dəstəkləyən bəzi Konqres üzvlərini nankorluqda ittiham edib.

KONKRET.AZ xəbər verir ki, bunlardan biri Miçiqan ştatını Nümayəndələr Palatasında təmsil edən Debbi Dingeldir. ABŞ dövlət başçısı başqa bir demokrat deputatdan pullarını qaytarmağı tələb edib.

“Debbi Dingel əsl gözəlçədir. 8 ay bundan qabaq o, ölən əri, keçmiş konqresmen Con Dingelin dəfn mərasimi ilə bağlı zəng vurdu. Mən istəsəydim, onunla üçüncü və ya dördüncü dərəcəli insan kimi davrana bilərdim. Lakin hər şeyi ən yüksək səviyyədə təşkil etdik. Hətta keçmiş Konqres üzvünə görə bayraqları belə endirdik. O vaxt o, mənə dərin təşəkkürlərini bildirdi. İndi onun etdiklərinə baxın”, -deyə Ağ Evin sahibi Miçiqanda tərəfdarları qarşısında çıxış edərkən söyləyib.

Debbi Dingel Dondld Trampın doğulduğu ştatda onun arxasınca danışmasına və fitə basılmasına reaksiya verib. O, tvitterdə prezidentə bu sözlərlə cavab verib: “Cənab prezident, gəlin siyasəti bir kənara qoyaq. Mənim ərim bütün həyatını dövlətinə ləyaqətlə xidmət edərək keçirib. Mən ilk dəfə ən sevdiyim adam olmadan bayramlara hazırlaşıram. Məni bu sözlərlə olduqca rəncidə etdiniz”.

ABŞ prezidenti vaxtilə dəstəklədiyi demokrat deputatlara da ianə şəklində verdiyi pulları xatırladıb. Onlardan biri Konqres üzvü xanım Kerolin Melounidir (Nyu-York ştatı).

“Mən impiçmenti dəstəkləyənlər arasında Kerolayn Mellouni də gördüm. İndi sənə görə ödədiyim pulları geri qaytar”,-deyə Donald Tramp qəzəblə bildirib. (musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*