Trampdan SENSASİYA: “ABŞ İrana çox güclü zərbə endirəcək”backend

Trampdan SENSASİYA: "ABŞ İrana çox güclü zərbə endirəcək”

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinin etirazçılara qarşı zorakılığa əl atacağı təqdirdə Vaşinqtonun sərt cavab verəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, jurnalistlərin İranda baş verən hadisələrə ABŞ-ın mümkün müdaxiləsi ilə bağlı sualını cavablandıran Tramp bildirib ki, ABŞ administrasiyası vəziyyəti çox diqqətlə izləyir.

Onun sözlərinə görə, əgər İran rəhbərliyi etirazçıların öldürülməsi barədə göstəriş versə, bu, ciddi nəticələrə səbəb olacaq.

“Bu vəziyyəti çox diqqətlə izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ İrana çox güclü zərbə endirəcək”, — deyə ABŞ prezidenti vurğulayıb.

Trampın bu açıqlaması İranda davam edən etirazlar fonunda Vaşinqtonun mümkün addımları ilə bağlı müzakirələri daha da gücləndirib. ABŞ rəsmiləri regiondakı prosesləri izləməyə davam etdiklərini bildirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*