Tramp: İran çox ağır zərbə aldı və bu, ədalətlidirbackend

Tramp: İran çox ağır zərbə aldı və bu, ədalətlidir

İran ciddi zərbə aldı və bu, tamamilə ədalətlidir.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tehranın nüvə silahına sahib olmasına imkan verməyəcək.

Tramp əlavə edib ki, rəsmi Tehran son yaşananlardan sonra belə uranı zənginləşdirmək niyyətindən əl çəkməyib:

“Onlar hələ də uranı zənginləşdirməkdən danışırlar. Bunu kim edər? Təzəlikcə dəhşətli bir vəziyyətdən çıxıblar, amma yenə deyirlər ki, davam etmək istəyirlər. Belə bir şey söyləmək üçün nə qədər axmaq olmaq lazımdır? Biz buna imkan verməyəcəyik”, – Ağ Ev rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*